Rüsumsuz ticarət mağazaları yaradılacaq
19 noyabr 2013 10:58 (UTC +04:00)

Rüsumsuz ticarət mağazaları yaradılacaq

Baş nazir Artur Rasizadə rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi qaydalarını təsdiq edib. Lent.az-ın məlumatına görə, bu qaydalar Gömrük Məcəlləsinin müvafiq maddəsinə əsasən hazırlanıb.

Mağazanın fəaliyyətinə nəzarət onların yaradıldığı ərazi üzrə gömrük orqanı tərəfindən həyata keçiriləcək.

 Mağazanın yaradılmasına icazə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi  tərəfindən veriləcək.

Təsdiq olunmuş qaydalarda mağazaya dair tələblər də öz əksini tapıb. Belə ki mağazalar beynəlxalq hava limanının gömrük nəzarəti zonasında, beynəlxalq dəniz limanının gömrük nəzarəti zonasında, gömrük sərhəd buraxılış məntəqələrinin gömrük nəzarəti zonalarında; xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin və konsulluqlarının başçıları və diplomatik heyətinin üzvləri, habelə onlarla birlikdə yaşayan ailə üzvləri üçün digər gömrük nəzarəti zonalarında yaradıla bilər.

Gömrük və müvəqqəti saxlanc anbarlarında yerləşdirilmiş mallar mağazanın anbarına gömrük nəzarəti altında çatdırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1425

Oxşar yazılar