Dövlət Gömrük Komitəsi Rusiya Federal Gömrük Xidmətinə müraciət etdi
20 noyabr 2015 10:23 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi Rusiya Federal Gömrük Xidmətinə müraciət etdi

0

Rusiya Federasiyasının yol vergisi ilə bağlı ölkə qanunvericiliyində həyata keçirdiyi yeni düzəlişlər bu ölkədə fəaliyyət  göstərən bir sıra nəqliyyat  şirkətlərinin etirazına səbəb olub. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə ölkənin nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlərin bəziləri tətil elan edərək işi dayandırıb. Yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb. Belə ki, sərhədi maneəsiz şəkildə qarşı tərəfə keçən yüklərin təyinat məntəqələrinə, xüsusilə Moskva və Moskva ətrafı regionlara çatdırılmasında əngəllər meydana gəlib.

 

Dövlət  Gömrük Komitəsi bildirir ki, ölkənin Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində hər hansı problem yoxdur və gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti  işini həyata keçirir.

 

Qeyd edək ki, yaranmış problemin həlli ilə bağlı Dövlət Gömrük Komitəsi rəsmi olaraq Rusiya Federasiyası Federal Gömrük Xidmətinə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1801

Oxşar yazılar