Rusiya Ukraynadan pivə və arağın gətirilməsinə qadağa qoydu
Rusiya İstehlak Bazarına Nəzarət Xidməti (Rospotrebnadzor) Ukraynadan alkoqollu içkilərin idxalına qadağa qoyub.
Lent.az-ın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun saytında dərc edilmiş məlumatda bildirilib.
Məlumata görə, qadağa malların markalanmasında yol verilmiş nöqsanlarla bağlı olub. Nöqsanlar “Obolon”, San İnbev Ukrayna” və “Ukrayna distribusiya şirkəti” müəssisələrinin istehsal etdikləri mallarda aşkarlanıb.
Qeyd edək ki, bundan əvvəl Rospotrebnadzor Ukrayna istehsalı olan şirələrə, süd məhsullarına, həmçinin tərəvəz və balıq konservlərinə qadağa qoyub.
915