Rusiya "Jiquli”lərin qiymətini bahalaşdırdı
04 mart 2015 16:23 (UTC +04:00)

Rusiya "Jiquli”lərin qiymətini bahalaşdırdı

0

Rusiyanın "AvtoVAZ" şirkəti "Lada" markalı avtomobillərin qiymətini artırıb. APA TV-nin məlumatına görə, avtomobillər orta hesabla 4,79 faiz və ya 20,2 min rubl bahalaşıb. "Qiymətlər rəqabətdə olan şirkətlərlə müqayisədə aşağı idi. Biz 2014-cü ilin ikinci yarısından bu yana qiymətləri qaldırmayan avtomobil istehsalçıları sırasında idik" deyə şirkətdən bildirilib. Xatırladaq ki, Rusiyada yanvar bahalaşmasından sonra "Lada"nın bütün növ modellərinin qiyməti ötən ilin mart ayı ilə müqayisədə 2,8 faiz artıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar