Rubl dollar qarşısında son 18 illin minimumunu yeniləyib
18 dekabr 2015 16:50 (UTC +04:00)

Rubl dollar qarşısında son 18 illin minimumunu yeniləyib

 

Rusiyada dekabrın 19-21-i üçün dolların rəsmi məzənnəsi 71,32 rubl səviyyəsində müəyyənləşdirilib. Bu, bir gün əvvəlki məzənnədən 74 qəpik çoxdur.  

 

APA-Economics” Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, buna qədər ABŞ dollarının Rusiyanın milli valyutasına nisbətdə məzənnəsi üzrə ən yüksək göstəricisi dekabrın 15-də qeydə alınıb - 70,83 rubl. Qeyd edək ki, dolların məzənnəsi üzrə ən yüksək göstərici 1997-ci ilin dekabrında Rusiya valyutası denominasiyaya məruz qalanda qeydə alınıb.

 

Avronun məzənnəsinə gəlincə, Avropanın vahid valyutası 73 qəpik artaraq 77,41 rubla yüksəlib. Bu avro üçün rekord sayılmır. Avropanın vahid valyutasının ən yüksək məzənnəsi ötən ilin dekabr ayında qeydə alınıb – 84,59 rubl.

 

Qeyd edək ki, Moskva birjasında dollar 71,2 rubl, avro 77 rubl səviyyəsində satılır. Neftin aşağı qiymətinin Rusiya rubluna təzyiqi davam edir. Yeri gəlmişkən, London birjasında Brent markalı neft 37 dollardan aşağı satılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Oxşar yazılar