Bakı şəhəri yaxınlığında inşa olunan yeni gəmiqayırma zavodu üçün artıq sifarişlər var.
Təkliflər əsasən Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BP-nin «Şahdəniz» və «Azəri-Çıraq-Günəşli» layihələri üçün lazım olan gəmilərdir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi üçün də gəmilərin layihələri hazırlanır: «Bu ilin sonu - gələn ilin əvvəli bu layihələr hazırlanacaq. Artıq gələn ildən gəmilərin inşasına başlamaq istəyirik».