Rövnəq Abdullayev “Forbes”ə danışdı
13 sentyabr 2013 16:42 (UTC +04:00)

Rövnəq Abdullayev “Forbes”ə danışdı

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində Bakıda səfərdə olan ABŞ-ın nüfuzlu “Forbes” jurnalına müsahibə verib.

 

ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Forbes” jurnalının müxbiri Merve Karakayanın suallarını cavablandıran Rövnəq Abdullayev Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm ölkəyə çevrildiyini nəzərə çatdırıb.

 

ARDNŞ prezidenti bu baxımdan qısa müddətdə yaradılmış etibarlı ixrac neft və qaz kəmərləri sisteminin rolunu qeyd edib, bu istiqamətdə həyata keçirilən layihələr sırasında “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini önə çəkib.


Daha sonra Rövnəq Abdullayev “Cənub qaz dəhlizi”nin açılmasında “Şahdəniz-2” layihəsinin rolu, TANAP boru kəmərinin gerçəkləşməsində Azərbaycan və Türkiyə rəhbərliyinin siyasi iradəsinin mühüm əhəmiyyət kəsb etməsi, Türkiyədə həyata keçirilən “STAR” layihəsi, “Petkim” Neft-Kimya Holdinqinin inkişaf perspektivləri, liman və elektrik stansiyası layihələri, habelə Yunanıstanın təbii qaz nəqli sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66%-nin Dövlət Neft Şirkəti tərəfindən satın alınması kimi məsələlərlə bağlı jurnalisti maraqlandıran sualları ətraflı cavablandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988
avatar

Oxşar yazılar