İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş mallar aşkarlanıb. Lent. az-ın məlumatına görə, monitorinqlər Bakının Yasamal, Binəqədi rayonlarında, eləcə də Ağstafa, Ağdaş, Quba, Abşeronda (Saray qəsəbəsində) həyata keçirilib.
Ümumilikdə, monitorinqlər zamanı 190 kq-a yaxın ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Rayonlarda müddəti ötmüş mallar aşkar edildi
0
0
0
0