Azərbaycanda İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyində olan rayon mətbəələri satışa çıxarılır.
Əmlak Məsələləri Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 29-da Daşkəsən şəhərində yerləşən Daşkəsən rayon mətbəəsi satışa çıxarılacaq.
Mətbəənin start satış qiyməti 546 manat, ilkin satış qiyməti 464 manatdır. Noyabrın 5-də isə Samux şəhərində yerləşən Samux rayon mətbəəsi və Şəmkir şəhərində yerləşən Şəmkir rayon mətbəəsi satışa çıxarılacaq. Samux rayon mətbəəsinin start satış qiyməti 468 manat, ilkin satış qiyməti 398 manat, Şəmkir rayon mətbəəsinin start satış qiyməti 221 manat, ilkin satış qiyməti 188 manatdır.