Qızılın ikinci hissəsi də ölkədə
02 fevral 2013 02:48 (UTC +04:00)

Qızılın ikinci hissəsi də ölkədə

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmış London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troy unsiyası) Britaniyanın "Brinks Qlobal Servisiz" şirkəti tərəfindən Azərbaycana gətirilib və müvəqqəti saxlanılmaq üçün Azərbaycan Mərkəzi Bankına yerləşdirilib.

 

ARDNF-dən verilən məlumata görə, bununla da Neft Fondu tərəfindən ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 2 tona (64 300 troy unsiyası) çatdırılıb.

 

1 fevral 2013-cü il tarixinə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 16 178 kq (520 145 troy unsiyası) təşkil edir.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər. 1 yanvar 2013-cü il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 34 129,4 milyon dollar təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893
avatar

Oxşar yazılar