Qiymətli kağızlar bazarının əməliyyatlarının həcmi açıqlandı
04 sentyabr 2013 13:47 (UTC +04:00)

Qiymətli kağızlar bazarının əməliyyatlarının həcmi açıqlandı

“2003-2013-cü illər ərzində həyata keçirilən çoxsahəli islahat prosesləri nəticəsində qiymətli kağızlar bazarının özəlləşmə proseslərini dəstəkləyən infrastruktur təsisatından qeyri-neft sektoru müəssisələrinə sərmayə imkanları açan sektora transformasiyası prosesləri tamamlanıb”.

 

Lent.az-ın məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı bildirib. Komitə sədri qeyd edib ki, bu dövrdə qiymətli kağızlar bazarının əməliyyat infrastrukturunun tam avtomatlaşdırılması, qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, alətlər çeşidinin genişləndirilməsi və qiymətli kağızlar bazarında tənzimləyici potensialın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilib: “Qiymətli kağızlar bazarında baş vermiş bu proseslərin nəticəsi olaraq 2003-2012-ci illər ərzində qiymətli kağızlar bazarının əməliyyatlarının həcminin 93 dəfə artaraq 2013-cü ilin əvvəlinə 9,4 milyon manat, əməliyyatlarının həcminin qeyri-neft ÜDM-nə nisbətinin isə 2003-cü ilin göstəricisi olan 2%-dən 2013-cü ilin əvvəlinə 33%-dək artması ilə nəticələnib”.

 

R. Aslanlının sözlərinə görə,  bu dövr ərzində qiymətli kağızlar bazarında müşahidə olunan müsbət kəmiyyət və keyfiyyət dəyişiklikləri məhz düzgün düşünülmüş siyasətin nəticəsidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689

Oxşar yazılar