Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, regionlarda da davam etdirilir. İqtisadiyyat və Sənaye Nazirliyindən Lent..az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Qəbələ rayonu, Zarağan kəndində Tacəddin Həmidova məxsus “Yeni” marketdə aparılan yoxlama zamanı malların yarlığında göstərilən qiymətlərlə, nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımı yaratmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxs barədə müvafiq tədbirlər görülüb.