Mərkəzi Bankda statistika sistemi sahəsində Azərbaycan təcrübəsi ilə bağlı Qırğız Milli Bankının 5 nəfərdən ibarət nümayəndə heyəti təcrübə mübadiləsi təşkil olunub.
Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, 1-2 oktyabr tarixlərində təşkil edilən təcrübə mübadiləsi zamanı Mərkəzi Bankın Statistika və İnformasiya Texnologiyaları departamentlərinin əməkdaşları Milli Bankda qurulmuş statistika sistemi, statistik bazanın formalaşdırılması, məlumatların toplanması, emalı və yayımlanması prosesi barədə danışıblar.
Eyni zamanda Mərkəzi Bankda uğurla icra olunmuş Elektron Statistika və Analitik Hesabatlılıq Sistemi (ESAHS) haqqında detallı məlumatlar verilib, ESAHS-ın iqtisadi və texnoloji bazası işıqlandırılmış, sistemin funksional imkanları barədə nəzəri məlumatlar, praktiki nümayişlər təqdim olunub. Nümayəndə heyəti Milli Bankın təcrübəsinin faydalı olduğunu vurğulayıb, gələcəkdə də təcrübə mübadiləsinin davam etdirilməsinə ümid etdiklərini bildirib.