Qaradağda poliklinika satışa çıxarıldı
25 dekabr 2012 18:46 (UTC +04:00)

Qaradağda poliklinika satışa çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi 2013-cü il yanvarın 22-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.

Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hərraca çıxarılacaq müəssisələr arasında Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsinin tabeçiliyində olan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Mustafa Sübhi küçəsi, 4 ünvanında yerləşən Qaradağ rayon 10 saylı Stomatoloji Poliklinikası da var.

Sahəsi 204.6 kv.m olan və 15 işçinin çalışdığı poliklinikanın start satış qiyməti 31 min 992 manat, ilkin satış qiyməti 27 min 193 manatdır.

 

# 935
avatar

Oxşar yazılar