Qaradağ-Puta mənzilində 8, 2 km  yol əsaslı təmir olunacaq
15 yanvar 2013 10:00 (UTC +04:00)

Qaradağ-Puta mənzilində 8, 2 km yol əsaslı təmir olunacaq

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, 15-22 yanvar tarixində Qaradağ-Puta mənzilində 8, 2 km  yol əsaslı təmir olunacaq.

 

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları  həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin bu gün  səhər saatlarında köhnə yolun söküntüsünə start verildiyini və artıq 900 metr köhnə yolun söküldüyünü bildirib.

 

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 170,2  km yol əsaslı təmir olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659
avatar

Oxşar yazılar