Kredit şirkətindən <span style="color:red;">CAVAB
23 yanvar 2015 11:07 (UTC +04:00)

Kredit şirkətindən CAVAB

0

“VF AzərKredit” bank olmayan kredit təşkilatı, qurum ilə girov müqabilində vəsait götürmüş müştəriləri arasında yaranmış problemə münasibət bildirib.

 

Şikayətçilərin sözlərinə görə, onlar bankdan pul götürmək üçün girov qoyduqları əmanətləri (qızıl-zinət əşyaları), borclarını ödəsələr də geri götürə bilmirlər.

 

Lent.az-ın məlumatına görə, “VF AzərKredit”in İdarə Heyətinin sədr müavini Samir Cəfərli marja.az-a bildirib ki, müştərilərin söylədikləri doğrudur, amma yaranmış problem təşkilatdan asılı deyil: “Bu yaxşı hal deyil. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən bir şəxsin fəaliyyətinə dair istintaq aparılır. Bunula bağlı olaraq depozit seyflərimizə həbs qoyulub. Əlavə məlumat vermək “VF AzərKredit”in səlahiyyəti  çərçivəsində deyil, çünki verilən hər-hansı məlumat istintaq sirrinin yayılması kimi tövsif oluna bilər. Müştərilərdən götürülmüş qızıl girovları banklarda icarəyə götürülmüş depozit yeşiklərində saxlanılır. Hazırda Baş Prokurorluğun vəsatəti əsasında həmin depozit yeşiklərinə həbs qoyulduğundan qızılların götürülüb müştərilərə təhvil verilməsi mümkün deyil. Yalnız onu qeyd edə bilərik ki, “VF AzərKredit” aparılan cinayət işinin subyekti deyildir və Prokurorluq tezliklə istintaq işinin yekunlaşacağını bildirir və iş yekunlaşan kimi müştərilərin girovları özlərinə qaytarılacaqdır. Hazırda təşkilatımız fəaliyyətini davam etdirir, müştərilər kredit götürüb, borclarını geri qaytarırlar”.

 

Qeyd edək ki, 43 filialı olan  “VF AzərKredit”in kredit portfeli 80 milyon ABŞ dolları ətrafındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 359

Oxşar yazılar