Puta-Heybət mənzili əsaslı təmir olunur
29 iyun 2013 07:56 (UTC +04:00)

Puta-Heybət mənzili əsaslı təmir olunur

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, bu gün dəmir yolunun Puta-Heybət mənzilində  3,5  kilometr yolun əsaslı təmirinə start verilib.

 

 

Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.  MMC-nin rəisi Əli Əşrəf Lütfəlibəyov artıq səhər saatlarında işə başlanıldığını və köhnə yolun xeyli hissəsinin söküldüyünü bildirib.

Təmir işləri üç gün  davam edəcək.

 

Qeyd edək ki, əsaslı təmir işlərinə  10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib və bu günə kimi 251,2 kilometr yol əsaslı təmir olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713
avatar

Oxşar yazılar