Pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlər gücləndirilir
27 sentyabr 2013 16:49 (UTC +04:00)

Pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlər gücləndirilir

Mərkəzi Bankda 23-27 sentyabr tarixlərində pul nişanlarının və qiymətli kağızların ekspertizası işinin beynəlxalq standartlaşdırılması layihəsi çərçivəsində pul nişanlarının istehsal texnologiyaları və ekspertizası sahəsində dünyanın aparıcı şirkəti olan “Secure Monde İnternational” (Böyük Britaniya) şirkəti tərəfindən seminar keçirilib.

 

Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent.az-a verilən məlumata görə, seminarda çıxış edən Mərkəzi Bankın Baş direktoru Aqşin Vəliyev deyib ki, ölkə iqtisadiyyatının, eləcə də bank və ödəniş sistemlərinin dinamik inkişafı və dayanıqlı makroiqtisadi sabitlik şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradıb.

 

Belə bir şəraitdə Azərbaycan manatının saxtalaşdırılması üzrə potensial risklər artır. Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizədə müvafiq institusional infrastrukturların yaradılması və inkişafını, bu sahədə müvafiq dövlət orqanları arasında koordinasiyanın genişləndirilməsini tələb edir. Bu məqsədlə Mərkəzi Bank tərəfindən görülən tədbirlər çərçivəsində potensial risklərin daha effektiv idarə edilməsi istiqamətində pul nişanlarının ekspertizası işinin beynəlxalq standartlaşdırılması və müasir dünya təcrübəsinə uyğun ekspertiza işinin institutlaşması layihəsinə start verilib. Layihə çərçivəsində pul nişanlarının və qiymətli kağızların ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə müasir texnoloji sistemlərin alınması və tətbiqi, müvafiq kadr potensialının yaradılması nəzərdə tutulur.

 

Tədbirdə Mərkəzi Bankın və onun regional mərkəzlərinin, eləcə də kommersiya banklarının və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Seminar iştirakçılarına müvafiq sertifikat təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Oxşar yazılar