Prezident Qazaxda Sement Zavodunun açılışında iştirak edib
05 iyul 2013 20:02 (UTC +04:00)

Prezident Qazaxda Sement Zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev iyulun 5-də Qazax Sement Zavodunun yeni istehsal xəttinin açılışında iştirak edib.


 

APA-Economics”in məlumatına görə, dövlət başçısına məlumat verilib ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord sement zavodunun tikintisi üzrə investisiya layihəsi həyata keçirilir. Bu müəssisənin inşasına 2010-cu ildə başlanıb.

 

Sonra prezident inzibati binada yaradılan şəraitlə tanış olub. Müəssisənin maketi əsasında dövlət başçısına bildirilib ki, zavodun gündəlik layihə gücü 2500 ton klinker və 1 milyon ton sementdir.

 

Müəssisədə bir neçə markada sement istehsal olunacaq. Bununla əlaqədar uyğunluq sertifikatları alınıb. Zavodun avtomatik idarəetmə sistemi “SİEMENS” firmasının mütəxəssisləri tərəfindən proqramlaşdırılıb və ən müasir avadanlıqla təchiz edilib.

 

Prezident İ. Əliyev istehsal xəttini işə salıb.

 

Qeyd olunub ki, zavodun klinker istehsalı bölməsində quraşdırma işləri proqram üzrə davam etdirilir. Bu il həmin istehsal xəttinin də işə salınması nəzərdə tutulur. Gündəlik istehsal gücü 2500 ton klinker təşkil edəcək istehsal xətti üçün dağ-mədən, nəqliyyat və digər infrastrukturlarda çalışacaq 700 işçinin cəlb olunması nəzərdə tutulur. İşçilərin əksəriyyətini Qazax rayonunun və yaxın bölgələrin sakinləri təşkil edir.

 

Müəssisə ilə tanışlıqdan sonra prezident zavodun kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

Dövlət başçısı çıxış edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Oxşar yazılar