Prezident neftin ucuzlaşmasından danışdı
21 yanvar 2016 02:07 (UTC +04:00)

Prezident neftin ucuzlaşmasından danışdı

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi müəyyən ölkələrin iqtisadiyyatlarına qarşı yönələn geosiyasi alətdir.

 

APA-nın TASS agentliiynə istinadən verdiyi məlumata görə, bunu Ekvador prezidenti Rafael Korrea bəyan edib.

 

O, bir neçə dəfə OPEC təşkilatına hasılatın azaldılmasına dair  təklifi ilə müraciət etdiyini, lakin təşəbbüsünün rədd edildiyini bildirib.

 

“Mən artıq təkid etməkdən yorulmuşam. Qoy OPEC bildiyini etsin. Lakin neft hasilatının cüzi azaldılması qiymətləri xeyli artıra bilərdi. Niyə bu edilmir? Mən artıq qətiyyətlə əminəm ki , neftin ucuzlaşması müəyyən ölkələrə qarşı yönələn geosiyasi alətdir”, deyə R.Korrea bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar