Prezident İlham Əliyev gips zavodunun açılışında iştirak edib
30 yanvar 2016 14:23 (UTC +04:00)

Prezident İlham Əliyev gips zavodunun açılışında iştirak edib

Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodunun açılışında iştirak edib.

 

Lent.az-ın president.az saytına istinadən məlumatına görə, tədbirdə əvvəlcə iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakıətrafı qəsəbələr üzrə ödənilən güzəştli kreditlər barədə məlumat verib. Qeyd edilib ki, indiyədək Fondun vasitəsilə Bakıətrafı qəsəbələr üzrə 2220-dək sahibkara 430 milyon manat güzəştli kredit verilib. Bu məbləğin 286 milyon manatı yeni texnologiyalara əsaslanan 86 müəssisənin yaradılmasına ayrılıb. Bu müəssisələrin arasında transformator, elektrotexniki avadanlıqlar, qida sənayesi, tikinti materialları, neft-kimya sənayesi avadanlıqları, çörək zavodları, tikiş fabriki, logistik mərkəzlər və digər istehsal sahələri var. Bakıətrafı qəsəbələr üzrə verilmiş kreditlər hesabına 26 mindən çox yeni iş yeri yaradılıb. Qaradağ rayonu üzrə isə 100 sahibkara 78 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 3700-dən çox yeni iş yeri açılıb.

“Mətanət-A” şirkətinin rəhbəri Elxan Bəşirov şirkət və onun perspektiv layihələri barədə məlumat verib.

Dövlət başçısı Yeni Ağdağ gips zavodunda istehsal ediləcək məhsullara baxıb və “Mətanət-A” şirkətinin digər zavodlarında istehsal edilən məhsullarla da tanış olub.

 

Dövlət başçısı Yeni Ağdağ gips zavodunu işə salıb.

 

Sonra Prezident İlham Əliyev zavodun kollektivinin üzvləri ilə görüşüb söhbət edib.

 

Zavodla tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.

 

Sonda xatirə şəkli çəkdirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar