Prezident “Total”ın rəhbəri ilə görüşüb
24 yanvar 2013 00:44 (UTC +04:00)

Prezident “Total”ın rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda “Total” şirkətinin rəhbəri Kristof de Marjeri ilə görüşü olub.

 

Görüşdə Azərbaycan ilə “Total” arasında uzun illərdir davam edən əməkdaşlıqdan məmnunluq ifadə olunub. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənməsində Azərbaycan ilə “Total” şirkətinin əməkdaşlığının uğurla davam etdiyi bildirilib.

 

İkitərəfli əməkdaşlığın Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişafına da töhfə verdiyi vurğulanıb.

 

Görüşdə “Total” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636
avatar

Oxşar yazılar