Prezident İlham Əliyev 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla 2014-cü il Azərbaycan Respublikasında “Sənaye ili” elan edilib.
Sərəncamda qeyd olunur ki, İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
Nazirlər Kabinetinə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim, bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.