Kiyevdə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Viktor Yanukoviç mətbuata bəyanatlarla çıxış ediblər. Lent. az-ın məlumatına görə, bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.
Dövlət başçısı İlham Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan enerji resurslarının istehsalçısı, Ukrayna isə tranzit ölkə kimi bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır: “Xəzər-Qara Dəniz regionunda, o cümlədən enerji sferasında əməkdaşlıq bizim birgə fəaliyyətimizin nəticəsidir”.
Ukrayna prezidenti isə çıxışı zamanı vurğulayıb ki, enerji sahəsində əməkdaşlıq prioritet məsələlərdən biridir: “Bu və ya digər sahələrdə əməkdaşlıq Qara Dəniz-Xəzər regionunda ölkələrin mövqelərini gücləndirəcək”.