Hacıqabul-Pirsaat mənzilində əsaslı təmir başladı
11 oktyabr 2013 09:00 (UTC +04:00)

Hacıqabul-Pirsaat mənzilində əsaslı təmir başladı

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, bu gün dəmir yolunun Hacıqabul-Pirsaat mənzilində 9 kilometr yolun əsaslı təmirinə başlanılıb.

 

Səhər tezdən start götürən təmir işləri bir həftə davam edəcək.  Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işlərinə  10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 281 kilometr yol əsaslı təmir olunub, bunun da 227 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1181
avatar

Oxşar yazılar