Paytaxtda yeni metro stansiya tikilir
04 oktyabr 2013 11:21 (UTC +04:00)

Paytaxtda yeni metro stansiya tikilir

Bakı Metropoliteni paytaxtda yeni stansiyanın inşasına başlayıb.


 

Belə ki, Metropoliten yeni stansiyanı Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində (Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında) tikir. Metropolitenin inşaat işləri üzrə rəis müavini Rizvan Bayramov «APA-Economics»ə bildirib ki, bu stansiya Bənövşəyi xəttin davamı, yəni üçüncü stansiya olacaq.

 

«Bu, Papanin adlanan ərazidə, Ceyhun Səlimov küçəsində tikilən stansiyadan sonrakı stansiya olacaq. Yəni, Xocahəsən deposundan sonra «Avtovağzal» stansiyası, daha sonra isə «Memar Əcəmi-2» və artıq tikintisinə başlanan stansiya olacaq. Bu istiqamətdə işlərə artıq başlanılıb. Hazırda burada tikinti sahəsi təşkil edilir», - deyə R.Bayramov qeyd edib.

 

Onun sözlərinə görə, yeni stansiya C.Məmmədquluzadə küçəsinin üzərinə düşdüyünə görə həmin küçədən keçən nəqliyyat vasitələri üçün kənardan alternativ avtomobil yolu çəkilib: «Əlavə olaraq, yerin altından keçən elektrik, qaz, su, kanalizasiya, rabitə xətlərinin də yeri dəyişdirilməlidir. Bu işlər də vaxt aparacaq. Sonradan isə Bənövşəyi xəttin dördüncü stansiyasının inşasına başlanacaq».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1781
avatar

Oxşar yazılar