Ötən il Azərbaycanda hansı müəssisələr istifadəyə verilib - SİYAHI
16 yanvar 2014 10:23 (UTC +04:00)

Ötən il Azərbaycanda hansı müəssisələr istifadəyə verilib - SİYAHI

Azərbaycanda 2013-cü ildə tikilən müəssisələrin adları açıqlanıb. Lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ölkə iqtisadiyyatının başqa sahələri ilə yanaşı, tikinti kompleksi də dinamik inkişaf edib. Bütün maliyyə mənbələrindən əsas kapitala 17,9 milyard manat və ya əvvəlki ilə nisbətən 15,1 faiz çox vəsait yönəldilib, onun 76,7 faizi daxili mənbələr hesabına təmin edilib. Sərf edilmiş sərmayələrin 48,3 faizi məhsul istehsalı, 51,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 57,8 faizini təşkil edib.
 

Ötən il Bakı şəhərində Gəmi təmiri istehsalat bazası, Gəmiqayırma və Çörək zavodları, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz Turbinli İstilik Elektrik Stansiyası, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” oteli, “Qələbə Meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı, Yeraltı avtomobil dayanacağı, Şərur rayonunda Arpaçay Su Elektrik Stansiyası, Sumqayıt şəhərində “Gilan” Tekstil Parkı, Polad boru zavodu, ”Sağlam qida” Aqrar Sənaye Kompleksi, Şirvan şəhərində “Cənub” Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi və Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonunda Birdəfəlik plastik qablar və priforminqlər istehsalı və “Milla” süd məhsulları və dondurma istehsalı zavodları, Ağcabədi rayonunda “Aqat-Aqro” heyvandarlıq kompleksi, Mərkəzi Xəstəxana, Gənclər Mərkəzi, Ağstafa rayonunda Peyntbol və Atıcılıq Mərkəzi, Astara rayonunda Boks Mərkəzi, Balakən rayonunda Soyuducu anbar kompleksi, Cəlilabad rayonunda Mərkəzi Xəstəxana, Gədəbəy rayonunda Qızıl emalı zavodu, Aşıq musiqi məktəbi, Soyuducu anbar kompleksi, Qazax rayonunda Sement zavodu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Aqrar Sənaye Kompleksi, “Qafqaz Karvansaray” otel kompleksi, Qobustan rayonunda İdman Kompleksi, Quba rayonunda Milli Qolf Klubu, Gənclər Mərkəzi, “Rixos Quba Azerbaijan” oteli, Qusar rayonunda “Şahdağ” və “Pik Palas” otelləri, Hacıqabul rayonunda Seramik plitələr istehsalı zavodu, Xaçmaz, Qax, Saatlı rayonlarında Olimpiya İdman Kompleksləri, İsmayıllı rayonunda Tikiş fabriki, “İsmayıllı-1” Su Elektrik Stansiyası, Sabirabad rayonunda Kür çayı üzərində körpü, İstixana Kompleksi, Lənkəran, Siyəzən rayonlarında Gənclər Mərkəzi, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Şəmkir rayonunda “Zəka” İntellektual Gənclər Mərkəzi, “Excelsior Hotel Shamkir” mehmanxanası, Tovuz rayonunda Hemodializ Mərkəzi, Yevlax rayonunda Hava Limanı, Mərkəzi Xəstəxana, bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 2138,8 min kvadrat metr olan yeni yaşayış evləri, 1338 çarpayılıq xəstəxana, növbədə 638 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 34512 şagird yerlik ümumtəhsil məktəbləri, 2466 yerlik məktəbəqədər təhsil müəssisələri, 1124 yerlik klub və digər obyektlər istifadəyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1384

Oxşar yazılar