Ötən il Azərbaycan əhalisi 1,2 milyard manat faiz ödəyib
18 yanvar 2016 15:35 (UTC +04:00)

Ötən il Azərbaycan əhalisi 1,2 milyard manat faiz ödəyib

 

 

2015-ci ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki illə müqayisədə nominal ifadədə 5,7% artaraq 41,7 mlrd. manata çatıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4380,1 manat və ya ayda 365,0 manat təşkil edərək 4,% artıb.

 

Bu dövrdə gəlirlərin 72,1%-i (30 mlrd. 65,7 mln. manat) son istehlak xərclərinə, 9,1%-i (4 mlrd. 286,1 mln. manat) vergilərin, sığorta və üzvlük haqlarının, 2,9%-i (1 mlrd. 209,3 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 15,9%-i (7 mlrd. 488,9 mln. manat) isə yığıma yönəldilib.

 

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 37,9 mlrd. manat və ya əvvəlki ilin eyni dövründəkindən 5,6% çox vəsait qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396
avatar

Oxşar yazılar