2015-ci ilin yanvar-dekabr ayları ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 965 022 müqavilə qeydiyyata alınıb.
İSB-dən “APA-Econmics”ə verilən xəbərə görə, bunların 167 596-sını xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
Qeyd olunan dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə 76,4 mln. manat təşkil edib.
2014-cü il ilə müqayisədə AVSMMİS üzrə sığorta müqavilələrinin sayında 3,6%, sığorta haqlarının məbləğində isə 8% artım müşahidə edilib.
Qeyd edək ki, 2014-cü ildə AVSMMİS üzrə orta sığorta haqqı 76 manat, 2015-ci ildə isə orta sığorta haqqı 79 manat təşkil edib.