APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bununla da sutkalıq kvota 31,5 milyon barelə çatdırılıb.
Artırılan limitə İndoneziyanın neft hasilatı daxil edilməyib.
OPEC-in bu qərarından sonra Londonun LSE birjasında neftin bir barelinin qiyməti 1,5 dollar aşağı düşüb. Belə ki, “Brent” markalı neftin bareli 43 dollara satılıb.