Ölkə başçısı “Rosneft”in prezidentini qəbul edib
05 iyul 2013 14:26 (UTC +04:00)

Ölkə başçısı “Rosneft”in prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev iyulun 5-də Rusiya Federasiyasının “Rosneft” şirkətinin prezidenti İqor Seçini qəbul edib.


 

APA-Economics”in məlumatına görə, dövlət başçısı “Rosneft”in prezidenti İqor Seçinin Azərbaycana səfərinin neft-qaz sektorunda əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib. Ölkələrin bu sahədə əməkdaşlığının inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayan prezident bu əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanların müəyyənləşdirilməsinin önəmini qeyd edib.

 

Öz növbəsində, “Rosneft” şirkətinin prezidenti İ. Seçin Rusiya prezidenti Vladimir Putinin səmimi salamlarını dövlət başçısına çatdırıb. SOCAR-ın regionun ən böyük şirkətlərindən olduğunu vurğulayan İ. Seçin “Rosneft”in SOCAR-la beynəlxalq miqyasda uğurla əməkdaşlıq etdiyini və bu əməkdaşlığın böyük perspektivlərə malik olduğunu deyib.

 

Dövlət başçısı V. Putinin səmimi salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlət başçısına çatdırmağı xahiş edib.

 

Azərbaycan prezidenti bu yaxınlarda V. Putinlə telefon danışığı zamanı ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını qeyd edib.

 

Ölkələr arasında neft-qaz sektorunda da əməkdaşlığın yaxşı təcrübəyə malik olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələrin daha da genişləndirilməsi üçün səyləri artırmağın önəmini qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716
avatar

Oxşar yazılar