ABŞ–da Xəzər Forumu keçirilir
26 sentyabr 2013 07:03 (UTC +04:00)

ABŞ–da Xəzər Forumu keçirilir

Bu gün Nyu – York şəhərində Xəzər Forumu öz işinə başlayıb. APA-nın xəbərinə görə, Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən təşkil olunan tədbirin əvvəlində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu  və Gürcustan XIN başçısı xanım Maya Pancikidze çıxış edib.

 

Həmçinin tədbirdə Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, BP şirkətinin “Şahdəniz” layihəsi üzrə vitse-prezidenti Al Kukun çıxışları olub.

 

Forumda Albaniya, Bosniya və Herseqovina və Makedoniyanın xarici işlər nazirləri də çıxış edib.

 

Sonra Xəzər Strateji İnstitutunun Cənubi Qaz Dəhlizi mövzusunda təşkil etdiyi panel olub. Orada Türkiyə, Azərbaycan, Gürcüstan xarici işlər nazirləri, habelə Yunanıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi, ABŞ Dövlət Departamentinin və Avropa Birliyinin təmsilçiləri çıxış edib.

 

Qeyd edək ki, Xəzər Forumu Xəzər dənizi bölgəsinin iqtisadi, siyasi və strateji potensialını öyrənmək, iş birliyi və ortaqlıq sahələrini müəyyən etmək üçün hazırlanan bir platformadır. Forum bütün dünya birliyində akademik, siyasət və iş dünyasının təmsilçilərini bir araya gətirir.

 

Xatırladaq ki, forumun əsas mövzusu Avropanın enerji təhlükəsizliyində Cənubi Qaz Dəhlizinin roludur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1412
avatar

Oxşar yazılar