Tədbirə Azərbaycan və Türkiyənin xarici işlər nazirləri də qatılacaq
Bu il sentyabrın 25-də ABŞ-ın Nyu-York şəhərində Xəzər Forumu keçiriləcək.
“APA-Economics”in məlumatına görə, Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən təşkil olunan tədbirə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da qatılacaq.
Bundan başqa, Xəzər bölgəsi və Avropadan 32 ölkənin dövlət başçısı, baş nazir və nazirlər səviyyəsində təmsil edilməsi gözlənilən forumda BMT İdarə Heyətinə qatılan yüksək vəzifəli rəsmilər də çıxış edəcək.
Qeyd edək ki, Xəzər Forumu Xəzər dənizi bölgəsinin iqtisadi, siyasi və strateji potensiyalını öyrənmək, iş birliyi və ortaqlıq sahələrini müəyyən etmək üçün hazırlanan bir platformadır. Forum bütün dünya birliyində akademik, siyasət və iş dünyasının təmsilçilərini bir araya gətirir.