<span style="color:red;">ŞAD XƏBƏR:  Ziya Bünyadov prospekti bu ay istifadəyə verilir
12 noyabr 2014 10:22 (UTC +04:00)

ŞAD XƏBƏR: Ziya Bünyadov prospekti bu ay istifadəyə verilir

Ziya Bünyadov prospektində asfalt-beton örtüyünün sonuncu üst (aşınma) qatının döşənməsi işləri sürətlə davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, işlərin tez bir zamanda başa çatdırılması üçün gecə saatlarında da çoxlu sayda işçi qüvvəsi və texnika cəlb olunur.

Lazer cihazları ilə əhatə olunmuş asfalt döşəyən maşınların eyni vaxtda işləməsi asfalt-beton örtüyünün keyfiyyətli və hamar döşənməsinə şərait yaradır, eyni zamanda imkan verir ki, bütün bunlar yol boyu texnoloji tikişlərin olmamasına və asfalt-beton örtüyünün ömrünün uzun olmasına səbəb olacaq.

 

Böyükşor küçəsi ilə kəsişmədə yerləşən tunelə qədər asfalt-beton işləri yekunlaşıb. Paralel olaraq yol boyu səki hissəsində tamet daşlarının düzülməsi, işıq dirəklərinin quraşdırılması, piyada keçidlərinin tikintisi və Ziya Bünyadov prospektinin sonunda Böyük Şor qovşağına girmədən nəqliyyatın geri dönməsi üçün yeni hissə tikilir. Hava şəraiti imkan verərsə, 9,2 km məsafədə asfalt-beton örtüyünün üst qatının döşənməsi işlərinin noyabr ayı ərzində yekunlaşması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1832

Oxşar yazılar