Nəqliyyat Nazirliyinə 1 milyon manat ayrıldı
10 sentyabr 2014 19:32 (UTC +04:00)

Nəqliyyat Nazirliyinə 1 milyon manat ayrıldı

 

Prezident İlham Əliyev Mingəçevir şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, Mingəçevir şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün Kür çayının üzərində inşa edilmiş ümumi uzunluğu 190 metr olan körpünün əsaslı təmiri məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə 1 milyon manat ayrılıb.

 


Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 959
avatar

Oxşar yazılar