Nəqliyyat Nazirliyi operativ məlumatları telefonlara ötürəcək
25 dekabr 2012 18:55 (UTC +04:00)

Nəqliyyat Nazirliyi operativ məlumatları telefonlara ötürəcək

Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən inkişaf etdirilmiş mobil telefonlar üçün proqram təminatı hazırlanıb. Lent.az-ın məlumatına görə, bu proqramın köməyi ilə Bakı şəhərinin yollarında son vəziyyət barədə operativ məlumat əldə etmək mümkün olacaq.

 

Bu yeni proqram təminatı Bakının mərkəzini tamamilə əhatə edəcək. Abonentlərə avtobuslar arası interval, marşrutların istiqaməti, bağlanmış yollar, elanlar və s. barədə operativ və dəqiq məlumatların ötürülməsi nəzərdə tutulub.

 

Yeni proqramdan ilk olaraq iPhone 3GS, iPhone 4, iPhone 4S, iPhone 5, iPod touch (3rd generation), iPod touch (4th generation), iPod touch (5th generation) və iPad iOS vasitəsilə bu rahatlıqla istifadə etmək mümkün olacaq.

 

Qeyd edək ki, NİİM 2011-ci ildə yaradılıb və Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir.

# 707
avatar

Oxşar yazılar