Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, dünən 30 dollarlıq psixoloji baryeri keçən qiymətlər 30.17 həddinə çatıb. Daha sonra enişə başlayan neftin qiyməti hazırda 28 dollar ətrafında dəyişir. Səhər seanslarında mart ayının sonları üçün fyüçerslər 28.07 dollardan bağlanıb. Treyderlər həftə ərzində qiymətlərin 25 dollara kimi enəcəyini proqnozlaşdırır və bunu Çin iqtisadiyyatında böhranın dərinləşməsi ilə izah edirlər. WTI markalı neftin də qiyməti düşür. Hələ də "Brent" neftindən baha satılan WTI markalı neftin bir barelinin qiyməti 28.74 dollardır.