“Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 36 dolları keçib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, neftin qiymətinin artmasına səbəb Rusiyanın energetika naziri Aleksandr Novakın neft hasil edən ölkələr arasında fevralda görüşün baş tuta biləcəyi barədə açıqlaması olub. Novak görüşdə neft hasil edən ölkələrin hasilat həcmini 5 faiz azaldılması ilə bağlı müzakirələr aparacağını bildirib.
Bakı vaxtı ilə 18.30-a olan məlumata görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 5,53% yüksələrək 35,8 dollara çatıb. WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 5,63% artaraq 34,12 dollara çatıb.