Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azneft» İstehsalat Birliyi (İB) 2013-cü ilin yanvar-iyun ayları ərzində neft hasilatı üzrə proqnozu 101,3% səviyyəsində icra edib və faktiki olaraq 3,393 mln. ton neft hasil edib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə neft təhvili proqnozu 101,5% yerinə yetirilib və 3,381 mln. ton neft təhvil verilib.
«Azneft» İB birinci yarımillikdə proqnozdan 2,8% artıq və ya 3,169 mlrd. kubmetr qaz hasil edib, həmçinin proqnozdan 1,3% çox – 2,806 mlrd. kubmetr qaz təhvil verib.
Ötən ilin analoji dövrü ilə müqayisədə «Azneft» İB neft hasilatını 0,96%, neft təhvilini 0,88%, qaz hasilatını 3,68%, qaz təhvilini isə 4,4% azaldıb.