Neft həftəyə yüksəlişlə başladı - 35,70 dollar
29 fevral 2016 10:36 (UTC +04:00)

Neft həftəyə yüksəlişlə başladı - 35,70 dollar

0

Dünya bazarında neftin qiyməti yenidən bahalaşmağa başlayıb.

 

APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında “Brent” markalı neftin 1 bareli 35,70 dollardan satılıb. Bu, ötən həftənin son hərraclarında qeydə alınan qiymətdən 60 sent bahadır.

 

Qərbi Texas neftinin qiymətində isə ciddi dəyişiklik yoxdur. WTI markalı neft bu həftə də 32,86 sentdən satılır.

 

Ekspertlərin fikrincə, həftənin ilk hərraclarında qeydə alınan qiymətlər aldadıcı olur və daha çox birjalarda iki günlük fasilənin yaratdığı psixoloji faktorların təsiri ilə formalaşır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar