Neft həftəyə bahalaşmaqla başladı
0
0
Dünya bazarlarında neftin qiyməti yenidən bahalaşıb. APA TV-nin məlumatına görə, "Brent" markalı neftin 1 bareli dünya birjalarında 33,50 dollardan satılır ki, bu da həftəsonu seanslarında qeydə alınan qiymətdən 40 sent bahadır.
Qərbi Texas nefti də nisbətən bahalaşıb. Hazırda WTI neftinin bir bareli 32,40 dollardan satılır. Bu, ötən həftənin son qiymətlərindən 45 sent bahadır.
Ekspertlər bahalaşmanın psixoloji faktorlara əsaslandığını qeyd edir. Həftəyə dair neft proqnozlarında qiymətlərin 32 dollar səviyyəsində stabilləşəcəyi proqnozlaşdırılır.
0
0