Neft Fondu bazara 200 milyon dollar çıxarır
14 yanvar 2016 17:09 (UTC +04:00)

Neft Fondu bazara 200 milyon dollar çıxarır

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını davam etdirir. Fonddan Lent.az-a daxil olan məlumatda bildirilir ki, 15 yanvar 2016-cı il tarixində Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə hərrac təşkil ediləcək.  Hərracda ölkədəki bütün bankların iştirak etmək imkanı var. Hərraca 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılacaq.

 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

Oxşar yazılar