Neft Emalı Zavodunun inşasına 2,1 milyard dollar xərclənib
04 noyabr 2015 10:54 (UTC +04:00)

Neft Emalı Zavodunun inşasına 2,1 milyard dollar xərclənib

0

 

Zavodda aparılan işlərin 35%-ə yaxını artıq görülüb

 

Türkiyədə SOCAR-a məxsus STAR neft emalı zavodunda inşaat işlərinə indiyədək 2,1 mlrd. dollara yaxın vəsait yatırılıb.

 

APA-Economics”in məlumatına görə, bunu “SOCAR Türkiyə Enerji A.Ş” şirkətinin (SOCAR-ın törəmə müəssisəsi) rəhbəri Kənan Yavuz bildirib.

 

K. Yavuzun sözlərinə görə, STAR-da aparılan inşaat işlərinin 35%-ə yaxını artıq görülüb.

 

Qeyd edək ki, inşaat işlərinin 2018-ci ilin mart ayında yekunlaşdırılması və zavodun fəaliyyətə başlanılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar