Ötən ilin dekabr ayı ərzində 2,1 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu barədə Lent.az-a Dövlət Neft Şirkətindən məlumat verilib.
Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi isə 29,2 milyon ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-ci il yanvar ayının 1-ə qədər Ceyhan limanından 232,8 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Ötən ay BTC əsas ixrac boru kəməri vasitəsilə isə 2,4 milyon ton Azərbaycan nefti nəql olunub. Ötən ilin yanvar-dekabr aylarında bu kəmərlə 29,7 milyon ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il yanvar ayının 1-ə qədər BTC-yə 235,3 milyon ton neft vurulub.