Nazirlik yenə Ermənistan və Gürcüstandan şikayətləndi
02 dekabr 2013 12:56 (UTC +04:00)

Nazirlik yenə Ermənistan və Gürcüstandan şikayətləndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz trans-sərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Noyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının II ongünlüyünə nisbətən 5 m3/san azalaraq 132 m3/san təşkil edib.

 Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçayda fenollar 4, mis birləşmələri 2, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,00-6,40 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984

Oxşar yazılar