Nazir kənd təsərrüfatı texnikası ilə bağlı tapşırıq verdi
16 aprel 2014 15:14 (UTC +04:00)

Nazir kənd təsərrüfatı texnikası ilə bağlı tapşırıq verdi

Kənd təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq ” ASC-nin Ucar Rayonlararası Təchizat Bazasında Almaniyadan, Hollandiyadan və Belçikadan gətirilmiş 157  ədəd yeni kənd təsərrüfatı texnikasının təqdimatı olub. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Respublikanın 25 rayonundan gəlmiş sahibkarın iştirak etdiyi tədbirdə əvvəlcə bazadakı mövcud texnika barədə ətraflı məlumat verilib. Xüsusilə Almaniya istehsalı olan 50 ədəd “Klaas”, Hollandiya istehsalı olan 87 ədəd “New Holland” və Belçika istehsalı olan 20 ədəd “Sampo” taxılbiçən kombaynları və onların texniki göstəriciləri ötən il biçin kampaniyasında kombayn sarıdan çətinliklə üzləşən sahibkarlarda böyük maraq doğurub.

 Nazir gətirilən yeni texnikanın texniki göstəriciləri və istismar qaydaları barədə məlumatların Azərbaycan dilinə tərcümə edilərək internetdə yerləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verib. Mərasimdə yerlərdə texnikaya olan tələbatın öyrənilməsinin zəruriliyi də vurğulanıb.

Sahibkarlar bu gün otbağlayan texnikaya, xüsusilə yüksək texniki göstəriciləri ilə fərqlənən “Klaas” markalı otbağlayanlara ehtiyacları olduqlarını bildiriblər.

Bununla əlaqədar lazımı tədbirlər görüləcəyi, ehtiyac duyulan hər hansı texnikanın alınıb gətirilməsi üçün kifayət qədər vəsaitin olduğu bildirilib.

 Axırda sahibkarlara 12 ədəd kombaynın açarları təqdim olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 935

Oxşar yazılar