“Aqrar sahənin inkişafı hökumətin iqtisadi siyasətinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamətidir”. Lent. az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov Rusiya Federasiyası İnquşetiya Respublikasının Hökumətinin sədri Musa Çiliyevlə görüşündə bildirib.
Nazir aqrar sahəyə göstərilən dövlət dəstəyi, o cümlədən müxtəlif kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar, birbaşa və dolayısı yolla təmin edilən dəstək, güzəştli kreditlər sayəsində son illər ərzində sahənin ildə orta hesabla 6 faiz olmaqla dinamik inkişafının təmin edildiyini bildirib
O, aqrar sahədə həmçinin kompleks tədbirlər nəticəsində cari ilin 5 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun 5,2 faiz artdığı, bitkiçilik və heyvandarlıq sahələrində artımın müvafiq olaraq 9,6 və 4,7 faiz təşkil etdiyini diqqətə çatdırıb.