
Nazir: "Azərbaycanın maliyyə mövqeyi daha da güclənib"
"Cari ilin 9 ayında ölkə iqtisadiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə qeyd edildiyi kimi 2,5 faiz, onun qeyri-neft sektoru isə 6 faiz artıb". Lent.az-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetinin iclasında bildirib.
Nazir vurğulayıb ki, Azərbaycanın maliyyə mövqeyi daha da güclənib, məcmu valyuta ehtiyatları 2014-cü il 1 oktyabr tarixinə 53 milyard dollar səviyyəsinədək yüksəlib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 mlrd. dollar və ya 8% artım əldə edilib.
S. Şərifov onu qeyd edib ki, ölkənin məcmu valyuta ehtiyatları xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olub. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 8,5% səviyyəsində qərarlaşıb.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18