Azərbaycanda mobil rabitə xidmətlərinin tarifləri aşağı salına bilər.
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazir qeyd edib ki, mobil rabitə tarifləri bazar münasibətləri əsasında tənzimlənir və burada müəyyən məhdudiyyətlər var: «Operatorlar arasında olan trafikin qiymətini tənzimləyici orqan kimi Nazirlik təyin edir. Bu gün həmin hədd 5 qəpikdir və nə qədər də çalışsaq da, o həddən aşağı düşə bilmərik. Lakin hazırda belə bir məsələ var ki, mobil danışıqları imkan daxilində 2-5 qəpik arasında tənzimləyək».
«Ehtimal edirik ki, yaxın zamanlarda buna nail olacağıq. Bundan sonra isə mobil operatorlar üçün qiymətlərin aşağı salınması mümkün olacaq», - deyə Ə.Abbasov vurğulayıb.