
Nazir: "6 ayda "Azərspace-1" 10 milyon dollar qazandırıb"
"Bu ilin 6 ayında "Azərspace-1" peykinin ixrac potensialından gəlirləri 10 milyon dollar olub".
APA TV-nin xəbərinə görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, peykin ixrac potensialından gəlirləri artan xətlə inkişaf edir və Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri "Azərspace-1" peykinin imkanlarında maraqlıdır. Nazir həmçinin internetin qiyməti barədə də danışıb: "Biz o qiymətlərin aşağı salınması ilə bağlı proqram hazırlamışıq. Yəqin ki, yaxınlarda açıqlanacaq. Sonra isə böyük, 40-a yaxın provayder ordusu bundan istifadə edib internetin qiymətini aşağı sala biləcək".
Onun sözlərinə görə, bu gün Azərbaycanda İKT-dən əldə edilən gəlir 2 mlrd. dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 mlrd. dollara çatacağı gözlənilir. Bu sahədə orta illik artımın 15-18% olacağı prqnozlaşdırılır. Nazir deyib ki, 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3,3 mlrd. dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir.
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15